Siyasət

Aİ növbəti dəfə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə dəstəyini ifadə edib

14 Dekabr 2018 14:01
Baxış: 1 170

Avropa İttifaqı (Aİ) tərəfdaş ölkələrin suverenlik, müstəqillik və ərazi bütövlüyünün dəstəklənməsinə sadiqliyini təsdiq edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə dekabrın 12-i Avropa Parlamenti tərəfindən qəbul edilmiş "Aİ-nin xarici siyasət və təhlükəsizlik sahəsində ümumi siyasəti barədə" qətnaməsində deyilir.

Sənəddə tərəfdaş ölkələrin ərazisində dondurulmuş münaqişələrin beynəlxalq hüquq, norma və prinsiplərə uyğun olaraq nizamlanmasının zərurəti vurğulanır.

Bundan başqa, qətnamə münaqişə nəticəsində doğma yurdlarından didərgin düşmüş şəxslərə dəstəyi gücləndirməyə, tərəfdaş ölkələrin ərazisində vəziyyətin destabilizasiyası məqsədilə üçüncü tərəflərin müdaxilə cəhdlərinin qarşısını almağa çağırır.

Beləliklə, sənəd faktiki olaraq növbəti dəfə Aİ-nin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması çərçivəsində Azərbaycanın ərazi bütövlüyünə dəstəyini təsdiq edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.