Siyasət

YUNESKO Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabatı qəbul edib

14 Dekabr 2018 10:25
0 Şərh     Baxış: 467

YUNESKO tərəfindən Azərbaycanın fəaliyyətinə dair 5 illik hesabat qəbul olunub.

Milli.Az xəbər verir ki, Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, Parisdə YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası keçirilir. Sessiyada Azərbaycan mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva, Azərbaycanın YUNESKO yanında daimi nümayəndəsi Anar Kərimov, eləcə də nazirliyin və YUNESKO yanında Daimi nümayəndəliyin digər əməkdaşları iştirak edirlər.

Sessiyada YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi haqqında 20 oktyabr 2005-ci il tarixli Konvensiyası çərçivəsində Azərbaycanın son 5 illik fəaliyyətinə dair hesabat nəzərdən keçirilib. Hesabat bütün kriteriyalara uyğun, eləcə də məlumat baxımdan dolğun və peşəkar hazırlandığını nəzərə alaraq, Hökumətlərarası Komitə tərəfindən təsdiqlənib.

Qeyd edək ki, hesabatda ölkədə mədəniyyət və yaradıcılıq sahəsində son illərdə görülən işlər, qəbul olunan sənədlər və təşviqedici fəaliyyət barədə məlumat öz əksini tapıb.

YUNESKO-nun Mədəni özünüifadə müxtəlifliyinin qorunması və təşviqi üzrə Hökumətlərarası Komitəsinin 12-ci sessiyası dekabrın 14-ə qədər davam edəcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.