Siyasət

Aİ Azərbaycanla yeni tərəfdaşlıq sazişini 2019-cu ilin yayınadək razılaşdırmağı planlaşdırır

13 Dekabr 2018 16:00
Baxış: 1 170

"Avropa İttifaqı (Aİ) və Azərbaycan 2019-cu ilin mayınadək tərəfdaşlıq sazişinin layihəsini razılaşdırmağı planlaşdırır".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas deyib.

K.Yankauskas bildirib ki, dekabrın əvvəlində sazişin siyasi və ticari tərkiblərinin müzakirəsi keçirilib: "Bu müzakirələrdən sonra xüsusən sənədin ticarət tərkibi ilə bağlı böyük irəliləyiş əldə olunub".

Aİ rəsmisi qeyd edib ki, bu ayın sonunadək ticarət məsələləri ilə bağlı videokonfrans formatında yeni danışıqların keçirilməsi planlaşdırılır.

O əlavə edib ki, yeni saziş üzrə danışıqların növbəti mərhələsi 2019-cu il yanvarın sonunda Brüsseldə keçiriləcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.