Siyasət

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsində müsbət dinamikaya fəal kömək edəcək" - Zaxarova

13 Dekabr 2018 14:05
0 Şərh     Baxış: 1 119

14:05

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Rusiyanın xarici işlər naziri Sergey Lavrovun regiona səfəri zamanı əsas mövzulardan biridir.

Milli.Az bildirir ki, Trend-in məlumatına görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu onunla bağlıdır ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması Azərbaycan və Ermənistan üçün əsas mövzudur, Rusiya isə danışıqlar prosesinin vasitəçilərindən biridir.

M.Zaxarova, həmçinin tərəflər arasında fəal dialoqun olduğunu təsdiq edib:

"Əlbəttə, dialoq var. Müəyyən sənədlərin qəbulundan və baş tutmuş söhbətlərdən sonra aydındır ki, dialoq var və aparılır. Biz Rusiya tərəfi kimi həmsədr qismində əsas məqsədin əldə olunmasına yönəlmiş müsbət dinamikaya fəal kömək göstərəcəyik".

----------
13:24

Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova jurnalistin bu ölkənin XİN başçısı Sergey Lavrovun Bakıya səfəri ilə bağlı sualına cavab verərkən bildirib.

"Rusiya xarici işlər nazirinin bölgəyə səfəri zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi həmişə əsas mövzulardan biri olur. Bu, əlbəttə ki, Rusiyanın bu prosesin həmsədr ölkəsi olması və bu mövzunin hər iki ölkə üçün vacib olması ilə əlaqədardır", - o deyib.

Xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov dekabrın 14-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak etmək üçün bu gün Bakıya gələcək.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.