Siyasət

Azərbaycan Qırğızıstanın keçmiş gömrük rəhbərinin ekstradisiyasına icazə verib

10 Dekabr 2018 14:49
0 Şərh     Baxış: 1 068

Azərbaycanın məhkəmə orqanları Qırğızıstan Dövlət Gömrük Xidmətinin sabiq sədri Adamkul Junusovun həbsi və ekstradisiyasına sanksiya verib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, A.Junusov bəzi prosedurların rəsmiləşdirilməsindən sonra Bişkekə göndəriləcək.

Qeyd olunur ki, A.Junusov Qırğızıstanı tərk etdikdən sonra ABŞ-da gizlənib və dekabrın əvvəli Bakıya gəlib.

O, dekabrın 4-ü Bakı aeroportunda saxlanılıb. A.Junusov avqustun 28-i beynəlxalq axtarışa verilmişdi.

O. vəzifə səlahiyyətlərindən sui-istifadədə ittiham olunur.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.