Siyasət

ABŞ müdafiə naziri müavininin müşaviri: "Dağlıq Qarabağ münaqişəsi dinc yolla həll olunmalıdır"

7 Dekabr 2018 12:39
2 Şərh     Baxış: 552

ABŞ və Azərbaycan arasında  terrorizm, narkotiklərin və kütləvi qırğın silahlarının yayılması da daxil olmaqla transmilli təhlükələrə qarşı aparılan ikitərəfli münasibətləri dərinləşdirmək vacibdir.

Milli.Az xəbər verir ki, ABŞ-ın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən report-a verilən məlumata görə, bunu Azərbaycanda səfərdə olan ABŞ müdafiə naziri müavininin müşaviri xanım Laura Kuper bildirib.

"Amerika Birləşmiş Ştatlarının müttəfiqləri ilə münasibətləri gücləndirməyə, tərəfdaşdıq əlaqələrinin möhkəmləndirməyə və vəzifələri paylaşmağa çalışdığımız zaman Azərbaycana bizim iki dövlət arasında olan əlaqələrin dərinləşməsi üçün göstərdiyi sadiqliyə görə minnətdarlıq bildirirəm", - L.Kuper deyib.

O, Avropa və Asiya arasında strateji mövqeydə yerləşən Azərbaycana terrorizmə qarşı aparılan mübarizədə göstərdiyi vacib tərəfdaşlığa görə təşəkkür bildirib. ABŞ rəsmisi "Birləşmiş Ştatlar Azərbaycanın NATO-un Əfqanıstandakı missiyasına verdiyi uzun müddətli töhfələrini giymətləndirir" deyib.

Xanım Kuper qeyd edib ki, Azərbaycan mürəkkəb bir məkanda yerləşir. Bu yaxında biz Russiya tərəfindən Ukraynada beynəlxalq qanunu pozaraq Kerç Boğazından keçən su nəqiliyyatına qarşı etdiyi qanunsuz və əsassız təcavüsün sahidi olduq: "Ukrayna qəmilərinin evə qayıtdığı zaman beynəlxalq sularda hücuma məruz qalması Birləşmiş Ştatları dərindən narahat edir".

Laura Kuper ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri olan Birləşmiş Ştatların Dağlıq Qarabağ münaqişəsinin dinc həllinə olan öhdəliyini yenidən təkrarlayıb və münaqişənin həllinin gücün və təhdidlərin istifadə olunmaması, ərazi bütövlüyü, və insanların müqəddaratını müəyyən etmə hüququda daxil olmaqla Helsinki Yekun Aktına əsaslanmasını vurğulayıb.

Xatırladaq ki, Laura Kuper dekabrın 4-6 Bakıda səfərdə olub.

Milli.Az

Şərh yaz:

2 Şərh:

  • Anonim
    Süleyman · 7 Dekabr 15:0520

    Nə qədər kiçik vəzifə sahibidir. Müdafiə naziri yox, hətta onun müavini də yox, onun müşaviri! Bizə çox ciddi vəzifəlilər təşrif buyururlar.

    Cavab yaz
  • Anonim
    ŞAH · 8 Dekabr 10:4430

    BƏLİ BİZ DƏ DEYİRİK DİNC YOLLA --SÜLHLƏ HƏLL OLMALIDIR--AMMA OTUZ İLDİR BİZ ERMƏNİLƏRİ SÜLHƏ CAĞIRIRIQ GƏLMİRLƏR VƏ ÜSTƏLİK İŞĞAL ETDİKLƏRİ TORPAQLARA XARİCİ ÖLKƏLƏRDƏN ERMƏNİLƏRİ KÖCÜRÜRLƏR-YERLƏŞDİRİRLƏR.-ELEKTRİK STANSİYALARI QURUB ASFALT YOL CƏKİRLƏR--ERMƏNİ SÜLHƏ GƏLƏNƏ OXŞAYIR SİZ ÜMİD EDİRSİZ.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.