Siyasət

MN: "Bal-E" raket sistemlərinin alınması barədə Rusiyaya müraciət olunmayıb

6 Dekabr 2018 09:31
Baxış: 670

Azərbaycanın Müdafiə Nazirliyi son günlər müxtəlif KİV-lərdə "Bal-E" raket sistemlərinin alınmasında Azərbaycanın maraqlı olduğu, lakin Rusiyanın kompleksin Azərbaycana satışını məqsədəuyğun saymaması barədə yayılan məlumatlara cavab verib.

Nazirlikdən Milli.Az-ın sorğusuna cavab olaraq bildiriblər ki, bu barədə heç bir rəsmi danışıq aparılmayıb: "Rəsmi olaraq bildiririk ki, adı çəkilən "Bal-E" raket sistemlərinin alınması məqsədilə tərəfimizdən danışıqlar aparılmayıb və kompleksin əldə olunması niyyətimiz də olmayıb. Eyni zamanda onu da qeyd edək ki, Azərbaycanın Xəzər dənizi sektorunda təhlükəsizliyinin təmin edilməsi məqsədilə müxtəlif ölkələrin müvafiq qabaqcıl müdafiə sistemlərindən və raket komplekslərindən istifadə edilir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.