Siyasət

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin növbəti görüşü Türkiyədə keçiriləcək

21 Noyabr 2018 13:27
Baxış: 563

Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin növbəti üçtərəfli görüşü 2019-cu ildə Türkiyədə keçiriləcək.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə rəsmilərinin görüşündən sonra keçirilən mətbuat konfransında Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov deyib.

O bildirib ki, Türkiyə dövlətinin dəvətindən sonra görüşün tarixi müəyyənləşəcək.

Zakir Həsənov görüşün üç qardaş ölkənin rəhbərlərinin tapşırıqlarını həyata keçirilərək baş tutduğunu bildirib.

Nazir qeyd edib ki, görüş vaxtı regionda hərbi-siyasi vəziyyət müzakirə edilib: "Görüş 3 qardaş ölkə əməkdaşlığının strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi 3 qardaş dövlətin regionda həyata keçirilən strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsi, eləcə də bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir".

Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyəti də dinlənilib: "Görüşdə üçtərəfli formatda hər üç ölkənin ordularının daha yüksək səviyyədə əməkdaşlığı təsdiq edildi. Hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsi planlaşdırıldı. Üçtərəfli komanda qərargah təlimləri hazırda Türkiyə ərazində keçirilir. Bu ildən etibarən təlimlərdə əsgəri gücdən istifadə olunur".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.