Siyasət

Hikmət Hacıyev: "Azərbaycanla Belarus arasında çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur"

17 Noyabr 2018 13:39
Baxış: 873

Bu gün Azərbaycanla Belarus arasındakı münasibətlər siyasi, iqtisadi, ticarət, hərbi-texniki, mədəni, humanitar və digər sahələri əhatə edir.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, iki ölkə arasında ticarət dövriyyəsi davamlı olaraq artır: "Həmçinin dövlətimizin başçısının yaxın vaxtlarda Belarusa səfəri nəzərdə tutulub. Bu qəbildən olan yüksək səviyyəli səfərlər ölkələrimiz arasında intensiv xarakter daşıyır və bu səfər çərçivəsində də çoxsaylı sənədlərin imzalanması nəzərdə tutulur".

O qeyd edib ki, bu səfər nəticə etibarilə Azərbaycan və Belarus arasındakı əlaqələrin inkişafına daha da ciddi şəkildə təkan verəcək: "Dövlətimizin başçısı da Belarus səfirini qəbul edərkən bu məsələlər geniş şəkildə müzakirə olunub".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.