Siyasət

Jan-Fransua Mansel: "Saakyanın Fransaya səfəri qəbuledilməzdir"

16 Noyabr 2018 18:36
0 Şərh     Baxış: 1 105

"Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "rəhbəri"nin Fransaya səfəri qəbuledilməzdir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Fransada Azərbaycanın dostları Assosiasiyasının prezidenti Jan-Fransua Mansel Bako Saakyanın Fransaya səfərini şərh edərkən deyib.

O bildirib: "Assosiasiya hər zaman Fransa hökumətindən tələb edib ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qanunsuz rejimin nümayəndələri ilə hər hansı bir əlaqəyə icazə verməsin. Saakyanın hətta Ermənistan pasportu ilə Fransa ərazisinə daxil olması belə qəbuledilməzdir".

Fransada Azərbaycanın dostları Assosiasiyası gözləyir ki, Fransa indiyədək tamamilə aydın olmuş əvvəlki mövqeyinə qayıdacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.