Siyasət

Deputat: "Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək"

16 Noyabr 2018 10:27
Baxış: 850

Prezident İlham Əliyev Belarusun Azərbaycandakı səfiri Gennadi Axramoviçlə görüşdə söylədiyi fikirlər Ermənistanın işğalçı mövqeyinə bir daha qiymət verilməsi və Azərbaycanın xarici siyasəti baxımından diqqəti cəlb edir.

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Fəzail Ağamalı deyib.

F.Ağamalı bildirib ki, görüşdə bir daha Ermənistanın riyakarlığı, ikiüzlülüyü, Nikol Paşinyanın həyata keçirdiyi siyasətin kifayət qədər diletant xarakter daşıması, bu siyasətin qeyri-müəyyənliyi bir daha önə çəkildi və Ermənistan bir daha ifşa olundu.

Deputat bildirib ki, Ermənistan nəinki Rusiya ilə, eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) daxil olan digər ölkələrlə də münasibətlərdə ciddi problemlər yaşamaqdadır:

"Ölkə rəhbərliyinin apardığı siyasət birmənalı olaraq Ermənistanı küncə sıxmaqdadır. Bu gün KTMT-də problemlərin olduğu deyilir. Bu problemləri yaradan isə Ermənistandır. Bəlli olan odur ki, Ermənistan yaxın zamanlarda bu təşkilatda tamamilə təklənəcək. Ermənistanın artıq Rusiya ilə problemləri var, Qazaxıstanla da böyük problemləri var. Qazaxıstan hər zaman Azərbaycanın mövqeyini müdafiə edir. Mən tamamilə əminəm ki, gələcəkdə daha ciddi məsələlərdə Qırğızıstan və Tacikistan da Azərbaycanın yanında olacaq, çünki bu ölkələrin Azərbaycanla münasibətləri çox yüksək səviyyədədir".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.