Siyasət

Bakıda Asiya və Afrikalı diplomatlar üçün ixtisasartırma kursları təşkil olunub - FOTO

15 Noyabr 2018 21:22
0 Şərh     Baxış: 727

Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) inkişaf etməkdə olan ölkələrdə insan kapitalının inkişafına dəstək məqsədilə ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində ilk dəfə olaraq təşkil etdiyi Asiyanın və Afrikanın bir sıra ölkələrinin diplomatları üçün ölkəmizdə "Əcnəbi Diplomatlar üçün Xarici Siyasət Proqramı" ("Advanced Foreign Service Program for Foreign Diplomats") adlı ixtisasartırma kursunun açılış mərasimi baş tutub.

Xarici İşlər Nazirliyindən Milli.Az-a verilən məlumata görə, tədbirdə açılış nitqi ilə çıxış edən ADA Universitetinin prorektoru Fariz İsmayılzadə və AİDA-nın direktor müavini Aliyə Ağazadə proqram barədə iştirakçıları məlumatlandırıb.

Proqram beynəlxalq siyasət, hüquq və təşkilatlar, iqtisadi və enerji məsələləri, ictimai diplomatiya, liderliyin inkişafı və azərbaycanşünaslıq kimi mövzuları əhatə edir. Bu proqramda iştirak edən əcnəbi diplomatlar ölkəmizin tarixi, siyasəti, coğrafiyası və mədəniyyəti barədə geniş məlumat əldə edir.

3 həftə davam edəcək proqramda Banqladeş, Cibuti, Çin, Efiopiya, Əfqanıstan, Fələstin, Keniya, Malayziya, Monqolustan, Mozambik, Myanmar, Nepal, Pakistan, Somali, Toqo və Vyetnamdan olan diplomatlar iştirak edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.