Siyasət

Azərbaycanda avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxs təltif edilib - SİYAHI

15 Noyabr 2018 17:25
Baxış: 1 252

Prezident İlham Əliyev Azərbaycan Respublikasında avtomobil yollarının tikintisi və istismarı sahəsində fərqlənən bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, Azərbaycan avtomobil yollarının 100 illiyi münasibətilə və Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Əmək" ordeni ilə

Qasımov Əflatun Allahyar oğlu
Quliyev Hüsnü Ələkbər oğlu
Məmmədov Aqibət İdris oğlu

"Tərəqqi" medalı ilə

Əliyev Amil Məhəmməd oğlu
Əmirov Çingiz Aydın oğlu
Gülgəzov Fərhad Aşır oğlu
Həmzəyev Müseyib Mürsəl oğlu
Həsənov Zaur Mail oğlu
İbrahimov Valeh Firudin oğlu
Qarayev Coşqun Əlövsət oğlu
Mirzəbəyov Əhməd Əzizxan oğlu
Musayev Fazil Kamal oğlu
Səfərov Afiq Surxay oğlu.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.