Siyasət

Büdcə ilə bağlı təkliflərə baxılması üçün hökumətə vaxt verildi

15 Noyabr 2018 13:14
Baxış: 641

Milli Məclis 2019-cu ilin dövlət büdcəsi ilə bağlı müzakirələrdə səsləndirilən təkliflərə baxılması üçün hökumətə noyabrın 23-ə qədər vaxt verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov deyib.

O qeyd edib ki, büdcə paketinə daxil olan sənədlərin müzakirələri yekunlaşıb.

Spiker bildirib ki, noyabrın 23-də Milli Məclisin növbəti iclası keçiriləcək və hökumət səsləndirilən təkliflərə münasibət bildirəcək.

O.Əsədov əlavə edib ki, 2019-cu ilin dövlət büdcəsinə daxil olan sənədlərin 3-cü oxunuşda müzakirəsi noyabrın 30-da baş tutacaq və həmin iclasda sənədlər qəbul olunmaq üçün yekun səsverməyə çıxarılacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.