Siyasət

Slovakiyanın Baş naziri Azərbaycanla əməkdaşlıqdan danışdı - Məhdudlaşdırmaq olmaz...

13 Noyabr 2018 19:12
0 Şərh     Baxış: 852

Azərbaycan və Slovakiya əməkdaşlığın etibarlı əsasını yaradan ticarət sahəsi üçün geniş imkanlara və insan potensialına malikdirlər.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu jurnalistlərə Bakıda səfərdə olan Slovakiyanın Baş naziri Peter Pelleqrini deyib.

O bildirib ki, iki ölkə arasında əməkdaşlıq üçün prioritet və bir çox şeylər vədlər edən sahələr alternativ enerji, avtomobil, kimya və hasilat sənayesidir:

"Lakin iqtisadi əməkdaşlığı yalnız bu sektorlarla məhdudlaşdırmaq olmaz. Ona görə də mən şadam ki, burada olan Slovakiya şirkətləri arasında innovasiya texnologiyaları və digər sferalarda fəaliyyət göstərənlər də var".

Qeyd edək ki, cari ilin 9 ayı ərzində Azərbaycanla Slovakiya arasında əmtəə dövriyyəsi 20 milyon dolları ötüb.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.