Siyasət

Elxan Poluxov etimadnaməsini təqdim etdi

11 Noyabr 2018 12:06
0 Şərh     Baxış: 1 929

Azərbaycanın Trinidad və Tobaqodakı fövqəladə və səlahiyyətli səfiri Elxan Poluxov etimadnamələrini bu ölkənin prezidenti, xanım Paula-Mae Vikesə təqdim edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, səfir iqamətgahı Braziliyanın Brazilia şəhərində olan Trinidad və Tobaqo prezidenti ilə görüş zamanı Azərbaycan prezidenti İlham Əliyevin salamlarını çatdırıb.

O, Trinidad və Tobaqoda səfir olmasından məmnun olduğunu və tutduğu vəzifədə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və dərinləşməsi səylərini əsirgəməyəcəyini söyləyib.

Elxan Poluxov, ölkəmiz haqqında, xüsusi ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi, Azərbaycanın beynəlxalq səviyyədə, qlobal əhəmiyyətli layihələrdə iştirakı, ölkəmizdə keçirilən mötəbər tədbirlər haqqında ətraflı məlumat verərək, ikitərəfli münasibətlərin inkişaf etdirilməsi istiqamətində müzakirə aparıb.

Səfir Prezident Sarayının xatirə kitabını imzalayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.