Siyasət

Aydın Mirzəzadə: "Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı"

9 Noyabr 2018 15:21
Baxış: 535

Ermənistan xarici siyasətində növbəti uğursuzluğa düçar oldu.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu millət vəkili Aydın Mirzəzadə deyib.

O bildirib ki, noyabrın 8-də Qazaxıstanın paytaxtı Astana şəhərində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkliatının (KTMT) növbəti sammitinə çoxlarının diqqəti yönəlmişdi. Gündəlikdə bir sıra məsələlərlə yanaşı, təşkilatın boşalan Baş katib vəzifəsinə seçkilər də nəzərdə tutulmuşdu. Vəzifəni rotasiya ilə Ermənistan nümayəndəsi Yuri Xaçaturov tuturdu. Ancaq öz ölkəsində onun adı ağır cinayətlərdə keçdiyinə görə təşkliat onu vəzifəsindən vaxtından əvvəl azad etməli oldu:

"Ermənistan onun rotasiya müddətinə düşən və istifadə edilməmiş bir il müddətinə öz nümayəndəsini seçməyi təklif edirdi. Ancaq sammit başqa qərara gəldi. Ermənistanın bütün səylərinə baxmayaraq, növbəti erməni generalı Baş katib ola bilmədi. Məsələnin həlli sonraya saxlanılsa da, əsas motiv bir ilə yeni Baş katibin layiqincə işləyə bilməməsi oldu".

A.Mirzəzadə əlavə edib ki, Ermənistan beş müttəfiq dövləti öz arqumentinə inandıra bilmədi:

"Ermənistanın öz milli maraqlarını beynəlxalq hüquqdan üstün tutmaq cəhdi fiaskoya uğradı. Olay göstərdi ki, Ermənistanın beynəlxalq təşkilatlarda nüfuzu aşağıdır, onun prinsipial xətti ümumi maraqların əksinə gedir. Bu belə də olmalı idi. Əsas məsələ cinayətkar hakimiyyəti dəyişməkdən başqa, həm də onun siyasi xəttini dəyişməkdir. Ermənistan isə bunu etməyə çəkinir. Deməli, Ermənistanın ümummilli böhranı daha da dərinləşəcək".

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.