Siyasət

ABŞ generalı: "Azərbaycan sülhməramlıları Əfqanıstanda həyata keçirilən missiyada fərqlənirlər" - FOTO

9 Noyabr 2018 13:59
1 Şərh     Baxış: 498

Noyabrın 9-da Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Azərbaycanda səfərdə olan ABŞ Nəqliyyat Komandanlığının komandanı general Stefen Lyonsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən Milli.Az-a verilən məlumata görə, qonaqları salamlayan Baş Qərargah rəisi yeni vəzifəyə təyin olunması münasibətilə general S.Lyonsu təbrik edib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb.

Regiondakı hərbi-siyasi və cəbhə xəttindəki hazırkı vəziyyətə toxunan general-polkovnik N.Sadıkov Ermənistanın ölkəmizə qarşı işğalçılıq siyasətinin davam etdiyini bildirərək münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü, beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin mümkün olduğunu diqqətə çatdırıb.

Azərbaycan-ABŞ münasibətlərinin ikitərəfli və NATO-nun müxtəlif proqramları çərçivəsində, o cümlədən təhsil sahəsində inkişaf etdiyini qeyd edən general-polkovnik N.Sadıkov bildirib ki, ölkələrimiz arasında müdafiə sahəsində, xüsusilə nəqliyyat komandanlığı ilə əməkdaşlıq yüksək səviyyədə davam etdirilir.

Dövlət Bayrağı Günü münasibəti ilə Azərbaycan tərəfini təbrik edən ABŞ generalı yeni vəzifədə ilk rəsmi xarici səfərini məhz ölkəmizə etməsindən məmnun olduğunu ifadə edib. Qonaq ölkəmizin Əfqanıstandakı sülhməramlı missiyaya verdiyi töhfəni yüksək qiymətləndirərək bu sahədə fəal əməkdaşlığa görə Azərbaycan rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan sülhməramlılarının xidmətini nümunəvi adlandıran general S.Lyons Əfqanıstanda həyata keçirilən missiyanı Azərbaycan-ABŞ və Azərbaycan-NATO əməkdaşlığının əhəmiyyətli hissəsi olduğunu da vurğulayıb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlığa dair fikir mübadiləsi də aparılıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

1 Şərh:

  • Anonim
    Raul · 9 Noyabr 16:1200

    Ümumiyyətlə bizim əsgərlərin Əfqanıstanda nə işi var?

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.