Siyasət

Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib

8 Noyabr 2018 22:17
Baxış: 891

Azərbaycan zəlzələdən əziyyət çəkmiş İndoneziyaya 50 min dollar yardım edib.

Milli.Az Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, 28 sentyabr 2018-ci il tarixində İndoneziyanın Sulavesi adasında baş vermiş zəlzələnin törətdiyi fəsadların miqyasını nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, 50 min ABŞ dolları məbləğində vəsait humanitar məqsədlə İndoneziya tərəfinə təqdim edilib. Yardımı qəbul edən məsul qurum Fəlakətlərin Aradan Qaldırılması Milli Agentliyi göstərilmiş humanitar dəstəyə görə, Azərbaycan xalqına və rəhbərliyinə minnətdarlığını bildirib.

Bu, Azərbaycanın İndoneziyaya göstərdiyi ikinci belə humanitar yardımdır.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.