Siyasət

Türkiyə Prezident Administrasiyası: "Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji xarakter daşıyır"

8 Noyabr 2018 13:18
Baxış: 1 129

"Azərbaycanla üçtərəfli əməkdaşlıq formatları regionun inkişafına xidmət edir".

Milli.Az xəbər verir ki, bu sözləri Trend-ə Türkiyə Prezident Administrasiyasından deyiblər.

Qeud olunub ki, Türkiyə-Gürcüstan-Azərbaycan, Türkiyə-İran-Azərbaycan, Türkiyə-Azərbaycan-Türkmənistan kimi formatlar mövcuddur:

"Azərbaycanla əməkdaşlıq formatları çox vacibdir".

Bundan başqa, administrasiyadan bildiriblər ki, Azərbaycanın üçtərəfli formatlarda iştirakı bu ölkənin təkcə Türkiyə üçün, formatlara daxil olan digər ölkələr üçün də vacibliyini təsdiq edir.

Azərbaycanın Türkiyə üçün vacibliyi barədə vurğulanıb ki, bu ölkə etibarlı siyasi və iqtisadi tərəfdaşdır:

"Azərbaycanla Türkiyə arasındakı münasibətlər strateji xarakter daşıyır".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.