Siyasət

Azərbaycan Müdafiə Nazirliyi: Ermənistan tərəfi ilə heç bir rabitə yoxdur

6 Noyabr 2018 17:29
Baxış: 1 979

Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın müdafiə naziri vəzifəsini icra edən David Tonoyanın açıqlamasını şərh edib.

Milli.Az xəbər verir ki, Müdafiə Nazirliyindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Azərbaycan Müdafiə Nazirliyi ilə Ermənistan Müdafiə Nazirliyi arasında rabitə və ya heç bir digər əlaqə mövcud deyil:

"Düşənbədə əldə olunmuş razılığa əsasən cəbhədəki vəziyyətlə bağlı Ermənistanla qarşılıqlı əlaqəni yaradan şəxs müəyyən edilib və bu məsul şəxs Müdafiə Nazirliyinin əməkdaşı deyil".

Xatırladaq ki, Ermənistan müdafiə naziri David Tonoyan Azərbaycan və Ermənistan Müdafiə nazirlikləri arasında birbaşa telefon əlaqəsinin yaradıldığını açıqlayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.