Siyasət

Tramp özünü millətçi saydığını bildirib

23 Oktyabr 2018 08:10
0 Şərh     Baxış: 622

ABŞ prezidenti Donald Tramp özünü millətçi adlandırıb.

Milli.Az "Report"a istinadən bildirir ki, Ağ Ev rəhbəri Texasda çıxışında özünü qloballaşma tərəfdarları ilə müqayisə edib.

O, qeyd edib ki, "radikal" demokratlar hakimiyyətin qloballaşma tərəfdarlarına qaytarılmasını istəyirlər. "Siz bilirsiniz, qloballaşma tərəfdarları kimlərdir? Qlobalist - bu, o insandır ki, bütün dünyada işlərinin yaxşı getməsini istəyir və düzünü desək, öz ölkənin qayğısına qalmır", - deyə Amerika lideri bildirib.

"Biz buna icazə verə bilmirik. Siz bilirsiniz, belə bir söz var - "millətçi". Hansı ki, indi dəbdən düşüb. Və mən sizə deyirəm - hesab edilir ki, bu sözdən istifadə etmək lazım deyil, amma mən millətçiyəm. Mən millətçiyəm", - deyə Tramp bildirib.

"Millətçi, bu mənim xoşuma gəlir, bu sözdən istifadə edin", - deyə ABŞ prezidenti əlavə edib.

Xatırladaq ki, ABŞ prezidenti ötən il yenidən neonasistləri Şarlotsvildəki iğtişaşlara görə açıq şəkildə ittiham etməkdən imtina edib. Tramp Şarlotsvildəki iğtişaşları pisləyərək, baş verənlərdə təqsirin həm millətçilərin tərəfdarlarının, həm də onların əleyhdarlarında olduğunu bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.