Siyasət

Nazir: “Star” NEZ Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq"

19 Oktyabr 2018 18:54
Baxış: 1 027

"Star" neft emalı zavodu (NEZ) Türkiyənin neft-kimya sənayesi sahəsində idxaldan asılılığını azaldacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu zavodun açılış mərasimi zamanı Türkiyənin Xəzinədarlıq və maliyyə naziri Berat Albayrak deyib.

"Star" neft emalı zavodunun Türkiyə üçün əhəmiyyətini vurğulayan nazir bildirib ki, bu, ölkənin neft-kimya sənayesinin inkişafına böyük töhfə verəcək.

Nazirin sözlərinə görə, Azərbaycanla Türkiyə arasındakı dostluq və birlik bütün dünya üçün nümunə ola bilər.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.