Siyasət

Rusiyalı politoloq: "Ermənilər könüllü şəkildə bir rayonu qaytara bilərdilər"

17 Oktyabr 2018 18:31
0 Şərh     Baxış: 2 312

Ermənistanda stabilliyin pozulması və digər faktorları nəzərə alsaq, Qarabağ münaqişəsinin "dondurulması" uzun müddət davam edə bilməz. 

Milli.Az xəbər verir ki, bu fikirləri oxu.az-a rusiyalı politoloq, Rusiyanın Elmi Tədqiqatların Dəstəklənməsi Fondunun Ekspertlər Şurasının sədri Qriqori Trofimçuk deyib. 

Onun sözlərinə görə, Qarabağ ətrafındakı Azərbaycan rayonlarının geri qaytarılması ilə bağlı danışıqlar, həqiqətən də, çoxdur. Ancaq bu, danışıqdan başqa bir şey deyil, çünki "Lavrov planı" deyilən bir şey yoxdur. 

"Hətta Sergey Lavrov özü də demişdi ki, istənilən son 25 ildə qəbul edilən sənədlər əsasında belə "plan" təşkil edə bilər. Əgər bu gün Moskva belə bir addım atsaydı, Ermənistanı itirərdi", - politoloq bildirib. 

Müsahibimiz əlavə edib ki, bundan başqa, Moskva Yerevanı belə şantaj edə bilməz, çünki ermənilərin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının bir hissəsi olmasını və digər faktorları nəzərə alsaq, bunun vəziyyəti gərginləşdirəcəyi aydındır. 

Politoloqun fikrincə, 2014-cü ilə qədər Ermənistan ilk olaraq rayonlardan birini Azərbaycana qaytara bilərdi.

"Əminəm ki, Azərbaycan burada nümunəvi iqtisadi quracaqdı. Və bu Bakıda yaxşı alınardı", - ekspert qeyd edib. 

Trofimçuk bəyan edib ki, indi bunu etmək olmaz, çünki ümumi regional və geosiyasi parametrlər sərtləşdirilib.

"Güclü dünya oyunçularının maraq zonasına daxil olan, eyni zamanda, burada bioloji laboratoriyaların yerləşdirilməsi planını nəzərə alaraq, Qarabağ və ətrafındakı rayonlara xüsusi əməliyyat meydanı kimi baxmaq lazımdır".

Ermənistanın köməyilə "yiyəsiz" yerə çevrilən bu ərazidə belə obyektlər yerləşdirmək çox asandır. Əlbəttə, Azərbaycan Qarabağ və ətrafındakı rayonları qaytara bilər. Ancaq təsəvvür edin ki, bu zaman Cənubi Qafqazda vəziyyət necə olacaq və bu "yanan plazma" nələrə səbəb olacaq. Burada lokal və izolyasiya edilmiş müharibə olmayacaq", - Trofimçuk bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.