Siyasət

3 əcnəbi jurnalistin adı "qara siyahı"ya salınacaq

17 Oktyabr 2018 18:26
0 Şərh     Baxış: 961

Ermənistanda Frankofoniya tədbiri ilə bağlı Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edən 3 əcnəbi jurnalistin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcək.

Bu barədə Milli.Az-a Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, Frankofoniya sammiti əsnasında güddüyü təxribatçı məqsədlərə nail ola bilməyən Ermənistan Frankofoniya Mətbuatı Beynəlxalq İttifaqının İdarə heyətinin bəzi üzvlərini qanunsuz olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini təşkil edib:

"Jurnalist etikası və obyektivliyi prinsipinə zidd olaraq bu qanunsuz səfərdə iştirak edən Jan Kuşner, Fransua Dost və Xədicə Riduanın adları arzuolunmaz şəxslər siyahısına daxil ediləcək".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.