Siyasət

Məsud Bərzani "qayıtdı"

22 Oktyabr 2018 17:08
0 Şərh     Baxış: 1 117

İraqdakı kürd muxtariyyətində keçirilən seçkilərdə Məsud Barzaninin hakim "Demokratik Kürdüstan Partiyası" (DKP) qalib gəlib.

Milli.Az "Amerikanın səsi"nə istinadən bildirir ki, seçki bu il sentyabrın 30-da keçirilsə də çoxsaylı şikayətlərin araşdırılmasına görə rəsmi nəticələr oktyabrın 20-də elan edilib.

Barzaninin partiyası parlamentdə 45, hakim koalisiyanın tərəfdaşı "Kürdüstan Vətənpərvərlər İttifaqı" (KVİ) partlyası isə 21 yer qazanıb.

İri müxalifət partiyası olan "Dəyişiklik uğrunda hərəkat" partiyası isə 12 yer qazanıb. İraqdakı kürd muxtariyyətinin parlamentində 111 deputat yeri var.

1990-cı illərdə DKP və KVİ arasında vətəndaş müharibəsi olsa da sonradan hakimiyyəti bölüşmək üçün kolaisiya yaratdılar.

Səsvermə zorakılıqlarla müşayiət edilib. Polis şənbə günü Kabilin şimalında seçki məntəqəsində intiharçı hücumu nəticəsində azı ön nəfərin öldüyünü, çox sayda insanın yaralandığını bildirib.

Polis şənbə günü Kabilin şimalında seçki məntəqəsində intiharçı hücumu nəticəsində azı ön nəfərin öldüyünü, çox sayda insanın yaralandığını bildirib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.