Siyasət

"Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır"

15 Oktyabr 2018 11:37
Baxış: 646

Azərbaycanda dini icmalara maşınların verilməsi nümunəvi haldır.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, millət vəkili Siyavuş Novruzov deyib.

O bildirib ki, Azərbaycanda dinin dövlətdən ayrı olmasına baxmayaraq, dövlətin dinə olan qayğısını mütəmadi müşahidə edirik: "Bunu istər məscidlərin tikilib, yenidən təmir olunub, insanların istifadəsinə verilməsi, o cümlədən dini mərasimlərdə cənab Prezidentin iştirakı və qeydiyyatdan keçmiş dini icmalara nəqliyyat vasitələrinin verilməsində şahidi oluruq. Maşınların verilməsində müəyyən çaşqınlıq yaranır. Söhbət fərdlərdən getmir, icmalardan gedir. İcmalar nəqliyyat vasitələri ilə təmin olunurlar və bu proses də başlayıb".

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.