Siyasət

Azərbaycanlılar Kaliforniyada prospektin "Arsax" adlandırlmasına görə ayağa qalxdılar - Hamı qoşulsun - FOTO

12 Oktyabr 2018 11:33
5 Şərh     Baxış: 2 125

Soydaşlarımız Kaliforniyada Merilənd prospektinin "Arsax" adlandırılmasına etiraz edir.

Dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız və diaspor təşkilatları ABŞ-ın Kaliforniya Ştatının Qlendeyl şəhərindəki Merilend prospektinin adının dəyişdirilərək "Arsax" adlandırılmasına etiraz edirlər.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, bununla bağlı, artıq diaspor təşkilatlarının etiraz məktubları yayılır. Etirazlarda bildirilir ki, Qarabağ Azərbaycanın əbədi və əzəli torpağıdır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi, Ermənistanın işğalçılıq siyasətinə son qoymasına çağırışla bağlı, BMT başda olmaqla, müxtəlif beynəlxalq təşkilatların dəfələrlə qətnamə, bəyanat və s. qəbul etməsinə baxmayaraq, Kaliforniya ştatında belə bir addımın atılması ciddi təəssüf doğurur. Özünü demokratiyanın beşiyi adlandıran, BMT Təhlükəsizlik Şurasının üzvü olaraq Azərbaycan torpaqlarının işğaldan azad edilməsinə dair 822, 853, 874, 884 saylı qətnamələrin lehinə səs verən, ATƏT-in Minsk qrupunun həmsədri də olan bir ölkədə prospektin "Arsax" adlandırılması, ikili standartların nümunəsidir və  Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdidir. 

Bu haqsızlığın bərpası, işğalçıya dəstək cəhdinin qarşısının alınması məqsədilə müvafiq etiraz kampaniyasına başlanılıb və bununla bağlı petisiya hazırlanıb. Bütün soydaşlarımızın etiraz aksiyasına qoşulması, aşağıda göstərilən linkə (http://www.stopprovocation.com/) daxil olaraq, petisiyaya imza atması və Ermənistanın işğalçılıq siyasətinə dəstək cəhdinin qarşısının alınmasında iştirakı zəruridir. 

Yusif Nəsirli
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

5 Şərh:

  • Anonim
    mahir · 12 Oktyabr 11:4190

    Men ses verdim

    Cavab yaz
  • Anonim
    Ida · 12 Oktyabr 12:0640

    Bilirik ki,ermeni lobbisi Amerikada,Fransada cox gucludur,nece deyerler elleri uzundur.Goresen bizim diaspora ne vaxt hansisa bir olkede mueyyen bir ictimai yerin Qarabag,Susa,Agdam adlandirilmasina hec olmasa tesebbus gosterecek?Yoxsa biz oyresmisik ermeniler nese edir,biz de baslayiriq tekzib etmeye.

    Cavab yaz
  • Anonim
    +++++ · 12 Oktyabr 12:3620

    Bilmirəm ABŞ səfiri buradadır yoxsa qaçıb qedib? İşğalçı və Faşist Ermənistanda onların səfirliyində on qatar "işçi" var (Təəccüb doğurur eləmi???)- çoxu yəgin ermənidir...Halbuki ermənistan -100% ABŞ-in sanksiyaları altında olmalıdır!.Onlara etirazı bildirmək lazımdır! İşğal olunmuş Azərbaycanın tarixi ərazisini qondarma erməni adı ilə əvəzlənməsi və küçənin adlandırılması ABŞ-in Faşist və İşğalçı Ermənistana dəstək göstərməsidir, onların öz qanunlarına və beynəlxalq qanunlarına ziddir və bu fikrin orada vəzifədə oturan ermənipərəst təşəbbüskarları nəticədən asılı olmayaraq artıq mütləq cəzalandırılmalıdır! Açıq aydın şəkildə yeridilən bu erməni alçaqlığına qarşı hələ bir petisiya da imzalamasının vacibliyi lap adamı özundən çıxarır! Bu cür erməni alçaqlıqları Faşist erməni məskəni Rusiyada da mövcuddur və orada da bunlara fikir vermək istəmirlər!

    Cavab yaz
  • Anonim
    atonim · 12 Oktyabr 12:5650

    Men de ses verdim ama ses hele ki az yigilib destek olag hamimiz lutfen... noyabrin 4 ne qeder hele ki vaxt var. birliyimizi hemreyliyimizi gosterek... Destek olan her kesden Allah razi olsun...

    Cavab yaz
  • Anonim
    Vətənpərvər · 12 Oktyabr 16:20110

    Mən də səs verdim. Səs vermək çox asandır. 1-2 dəqiqə (bəlkədə 30-40 saniyə bəs edər) vaxt aparır. Sonra e-mail adresindən təsdiqləmək lazımdır. Hər bir Vətəndaşın belə işlərdə aktiv olması vacibdir. Dost-Tanışlara da demək lazımdır ki, səs versinlər. ABŞ qanunlarına görə Petisiyada 100000-dən artıq səs yığılsa, bu məsələ rəsmi müzakirəyə çıxarılacaq.

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.