Siyasət

Millət vəkili: "2018-ci il də Azərbaycan iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq"

11 Oktyabr 2018 20:24
Baxış: 1 144

"Azərbaycan Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı qeyd etdiyi kimi, 2018-ci il böyük iqtisadi islahatlar ili kimi səciyyələndirilir".

Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

A.Hüseynovun fikrincə, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, 2018-ci ildə həyata keçirilən iqtisadi strategiya çox düzgündür və birbaşa Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən proqramlar özünü tamamilə doğrultdu.

Millət vəkili bildirib ki, xüsusilə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı istiqamətində mühüm addımlar atılıb. Bu il ölkə iqtisadiyyatına qoyulan 9 milyard dollar investisiyanın böyük hissəsi, yəni 5,6 milyardı qeyri-neft sektoruna yönəldilib:

"Bu rəqəm öz-özlüyündə qeyri-neft sektorunun inkişafının bariz göstəricisidir. Sahibkarlığın inkişafı üçün də ölkəmizdə lazımi şərait yaradılıb. Sahibkarlara lazımi dəstək göstərilir, onlar güxəştli kreditlərlə təmin edilir. Eyni zamanda bu il ölkəmizdə ümumi daxili məhsulda da artım qeydə alınıb".

Deputat qeyd edib ki, Azərbaycan, həmçinin beynəlxalq iqtisadi fəaliyyət sahəsində mühüm uğurlar əldə edib: "Təkcə qeyri-neft sektoru üzrə ixrac 14 faizə qədər artıb. Azərbaycanın əldə etdiyi bu nailiyyətlər beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib".

A.Hüseynov əlavə edib ki, ümumilikdə 2018-ci il də ölkə iqtisadiyyatında böyük uğurların əldə olunması ilə yadda qalacaq.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.