Siyasət

Tramp daha bir ölkəni hədələdi

18 Oktyabr 2018 22:51
3 Şərh     Baxış: 1 828

Əgər Meksika Mərkəzi Amerikadan gələn miqrantların qarşısını almasa, sərhədə hərbi qüvvə göndərəcəyəm.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.

"Qvatemala, Honduras və Salvadorun Demokrat partiyasının rəhbərlik etdiyi ölkəmizə hücumunu müşahidə edirəm. Həmin Demokrat Partiyası açıq sərhədlərin və qüvvədə olan zəif qanunların tərəfdarıdır", - deyə o vurğulayıb.

Tramp qeyd edib ki, Meksika vasitəsi ilə ABŞ-a gələn miqrantlar arasında çoxlu sayda cinayətkar var.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.