Siyasət

İtaliya Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib - FOTO

26 Sentyabr 2018 17:46
Baxış: 2 372

Sentyabrın 26-da İtaliya Respublikasının Prezidenti Sercio Mattarella tərəfindən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın şərəfinə rəsmi nahar verilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident Sercio Mattarella Birinci vitse-prezident Mehriban Əliyevanı qarşıladı.

Azərbaycanın nümayəndə heyəti Prezident Sercio Mattarellaya, İtaliyanın dövlət və hökumət rəsmiləri Birinci vitse-prezident Mehriban Əliyevaya təqdim olundu.

Sonra birgə foto çəkdirildi.

Daha sonra İtaliya Prezidenti tərəfindən Azərbaycanın Birinci vitse-prezidentinin şərəfinə rəsmi nahar verildi.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.