Siyasət

Bakıdan Ermənistanın təxribatı ilə bağlı rəsmi açıqlama - Bu addım ağır fəsadlara yol aça bilər

25 Sentyabr 2018 20:00
Baxış: 2 823

Milli.Az xəbər verir ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Mətbuat Xidməti Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə keçiriləcək hərbi təlimlərlə bağlı yayılan xəbərlərə münasibət bildirib.

XİN-dən məsələ ilə bağlı Milli.Az-a verilən şərhdə deyilir: "Kütləvi informasiya vasitələrinin verdiyi məlumata əsasən, bu ilin 25-28 sentyabr tarixlərində Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində hərbi aviasiyanın iştirakı ilə hərbi təlimlər keçiriləcəkdir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində növbəti təxribatçı addımı vəziyyətin daha da gərginləşməsinə və ağır fəsadlara yol aça bilər. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin ATƏT-in Minsk Qrupunun həm-sədrlərinin vasitəçiliyi ilə cari ilin 26 sentyabr tarixində Nyu-Yorkda planlaşdırılan görüşü ərəfəsində Ermənistanın atdığı bu addım həmsədrlərin fəaliyyətinə və ümumiyyətlə münaqişənin həlli üzrə danışıqlar prosesinə xələl gətirmək məqsədini güdür".

Zabit Əsgərov
Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.