Siyasət

Conatan Knoff: "Böyük Britaniya Azərbaycanın ərazi bütövlüyünün bərpasını istəyir, amma... sülh yolu ilə”

23 Sentyabr 2018 11:51
0 Şərh     Baxış: 1 586

"Şimali İrlandiya Böyük Britaniyanın bir parçasıdır və biz imkan vermərik ki, kimsə krallığın bu hissəsindəki proseslərə qarışsın".

Milli.Az bildirir ki, bunu virtualaz.org-a açıqlamasında Britaniya eksperti Conatan Knoff deyib.

"İrlandiya Avropa İttifaqının (Aİ) üzvü kimi, Aİ ilə Böyük Britaniya arasındakı Brexit şərtlərinə görə danışıqların gündəliyinə Şimali İrlandiya məsələsini də daxil etməyi tələb etdi, ancaq Şimali İrlandiya Böyük Britaniyanın bir hissəsidir, hansı ki, öz ərazilərinin legitimliyini heç kimlə müzakirə etməyə hazırlaşmır", - deyə Knoff izah edib.

"Elə isə onda Böyük Britaniya Qarabağ problemi üzrə Bakını niyə Yerevanla danışıqlara çağırır" sualına britaniyalı ekspert belə cavab verib:"Böyük Britaniya həmişə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir, amma London istənilən məsələnin güç yolu ilə həlli metodunun əleyhinədir. London və Belfast öz problemlərini yalnız sülh yolu ilə həll edirlər. Və düşünürəm ki, Brexit məsələsində Şimali İrlandiya əhalisi öz dövlətlərinin mövqeyini dəstəkləyəcək".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.