Siyasət

Yankauskas: "Cənub Qaz Dəhlizi" Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfəsi olacaq"

22 Sentyabr 2018 14:14
Baxış: 1 208

"Cənub Qaz Dəhlizi" layihəsinin həyata keçirilməsi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına mühüm töhfəsi olacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas Naxçıvan Muxtar Respublikasında Aİ Günlərinə həsr olunmuş mətbuat konfrasında deyib.

K.Yankauskas bildirib ki, Azərbaycan və Avropa İttifaqı çoxdandır ki energetika sahəsində əməkdaşlıq edirlər:

"Cənub Qaz Dəhlizi" layihəsinin reallaşdırılması Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunması və enerji resursları mənbələrinin şaxələndirilməsinə mühüm töhfəsi olacaq".

Bundan başqa, onun sözlərinə görə, Azərbaycanda Günəş enerjisi, su və külək enerjisinin generasiyası kimi sahələrdə böyük inkişaf potensialı var.

Aİ rəsmisi xüsusilə qeyd edib ki, Naxçıvanda bərpa olunan enerji mənbələri sahəsində böyük uğurlar əldə edilib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.