Siyasət

Rusiyalı tarixçi Bakıda erməni faşizmindən danışdı - Kuznetsov tarixi faktları açıqladı - VİDEO

20 Sentyabr 2018 21:11
0 Şərh     Baxış: 626

Rusiyalı tarixçi və hüquqşünas Oleq Kuznetsov Bakıda "Ermənistan: faşizmin tüğyan etdiyi ölkə" adlı mətbuat konfransı keçirib.

Milli.Az xezerxeber.az-a istinadən bildirir ki, o, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidmətinin arxivində qorunub saxlanılan sənədlər əsasında hazırladığı araşdırma məqaləsinin təqdimatında bildirib ki, bu məqalə tarixçinin təxminən bir il müddətində həmin sənədlər üzərində apardığı araşdırmanın nəticəsində ərsəyə gəlib.
O bildirib ki, həmin nadir sənədlər heç Rusiya arxivlərində belə qalmayıb. Kuznetsov məqaləsində hazırda Ermənistanın hökumət binası qarşısında abidəsi ucaldılan Qareqin Njdenin, əslində nasist olduğunu tarixi faktlarla əsaslandırıb.
Məqalə müəllifi sonda daha bir maraqlı faktı diqqətə çatdırır. Belə ki, SSRİ-də 1937-ci ildə daşnaklar erməni, milliyətçi, bolşevizmin ideya düşməni və ya anti-sovetçilər olduqları üçün deyil, məhz liderləri özlərini Hitlerin tərəfdarları elan etdikləri üçün repressiyaya məruz qalıblar.

Onu da qeyd edək ki, Oleq Kuznetsov uzun illərdir ki, erməni faşizmi və onun ağır nəticələri barədə apardığı araşdırmaları ilə tanınır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:
Rusiyalı tarixçi Bakıda erməni faşizmindən danışdı

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.