Siyasət

Tramp Afrikada miqrantlara qarşı divar arzulayır - FOTO

20 Sentyabr 2018 10:32
0 Şərh     Baxış: 885

ABŞ prezidenti Donald Tramp Afrikadan Avropaya miqrasiya axınının qarşısını almaq üçün Sahara səhrasında divar çəkilməsini təklif edib.

Milli.Az Europa Press-ə istinadən bildirir ki, İspaniyanın XİN başçısı Jozep Borrel deyib.

"Sahara səhrasında divarın inşası Afrikadan Avropaya miqrant axını problemini həll etməsə də, bu divarın vacibliyi Afrika əhalisinin yaxın 20 ildə iki dəfə artması ilə bağlıdır. Avropa Birliyi sakinlərinin ümumi sayından 1 faizdən artıq miqrantları qəbul etmək üçün yetərincə strukturlaşmayıb. Xüsusilə də bu miqrantlar müsəlmandırsa. Tramp da məhz bu səbəbdən Sahara səhrasında divar inşa olunmasını istəyir", - J.Borrel söyləyib.

Borrel daha sonra bildirib ki, İtaliyanın hakimiyyət dairələri ölkəyə miqrant axınının azaldılması siyasətini davam etdirərsə, Avropa yeni və böyük böhranla qarşılaşacaq.

ABŞ-Meksika sərhədində divar inşası məsələsi Donald Trampın seçkiqabağı vədləri arasında xüsusi yer tutur.

Avqust ayında divarın inşasına başlanıb.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.