Siyasət

Prezident İlham Əliyev: Azərbaycanla Türkiyə birgə layihələrlə Avrasiyanın yeni enerji və nəqliyyat xəritəsini yaradır

15 Sentyabr 2018 19:09
Baxış: 310

Azərbaycanla Türkiyə birgə enerji-nəqliyyat layihələrini uğurla icra edir. Həmin layihələr Avrasiyanın enerji və nəqliyyat xəritəsini yaradır.

Bu fikirləri Prezident İlham Əliyev Bakı şəhərinin daşnak-bolşevik işğalından azad edilməsinin 100 illiyinə həsr olunmuş paraddakı çıxışında səsləndirib.

Birgə layihələr danışan dövlətimizin başçısı deyib: "Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərləri, TANAP layihəsinin bu il istifadəyə verilməsi tarixi layihələrdir. Birgə siyasi iradə ortaya qoyulmuşdur. Birgə maliyyə resursları təşkil edilmişdir və bu nəhəng transmilli layihələr uğurla icra edilmişdir. Biz Avrasiyanın nəqliyyat xəritəsini yenidən yaradırıq".

Ötən ilin oktyabrında Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakıda Bakı-Tbilisi-Qars dəmir yolunun rəsmi açılışı mərasimi keçirildiyini xatırladan dövlətimizin başçısı deyib: "Bu dəmir yolu yeni nəqliyyat damarıdır. Bu dəmir yolu ilə daşınan yüklərin həcmi getdikcə artır və artacaq. Bizim ölkələrimizin əhəmiyyəti, önəmi artır. Bütün bu böyük layihələri ancaq biz birlikdə edə bilərdik və etdik".

Prezident İlham Əliyev qeyd edib ki, bu gün Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bu layihələrin bəhrəsini görür.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.