Siyasət

50 ölkə nümayəndəsi parlamentin 100 illiyinə qatılacaq

15 Sentyabr 2018 08:03
0 Şərh     Baxış: 420

Milli Məclisin (MM) Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Parlamentinin 100 illiyi ilə bağlı xüsusi təntənəli iclası bu ayın 21-də keçiriləcək.

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu vitse-spiker Bahar Muradova deyib.

O qeyd edib ki, iclas ayın 20-də nəzərdə tutulsa da, sentyabrın 21-nə keçirilib.

B.Muradovanın sözlərinə görə, xüsusi iclasda 50-dək ölkənin nümayəndə heyəti, parlament rəhbərləri, o cümlədən, beynəlxalq təşkilatların nümayəndələri iştirak edəcəklər.

Milli.Az

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.