Siyasət

Amerikalı ekspert: "Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir"

14 Sentyabr 2018 17:45
Baxış: 1 444

Ermənistanın Azərbaycana müharibə elan etməsi Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesini çətinləşdirir.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu amerikalı siyasi analitik, "Gulf State Analytics"in Vaşinqtondakı baş müşaviri Teodor Karasik deyib.

Ekspert qeyd edib ki, Yerevan "Şant-2018" təlimlərinə Ermənistan və Rusiya prezidentlərinin görüşündən dərhal sonra, ölkənin siyasi həyatındakı gərginlik fonunda başlayıb:

"Bu cür bəyanatlar ritorik xarakter daşıyır, amma aydındır ki, nizamlama prosesini də çətinləşdirir. Ona görə də münaqişə həm kiberməkanda, həm də real həyatda davam edəcək".

Qeyd edək ki, Ermənistan parlamenti "Şant-2018" komanda-qərargah təlimləri çərçivəsində Azərbaycana şərti müharibə elan etmişdi. Müvafiq məlumat parlamentin saytında yerləşdirilmişdi.

Milli.Az 

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.