Siyasət

Peskov Merkel-Putin görüşü barədə: Türkiyəsiz olmaz

17 Avqust 2018 18:09
0 Şərh     Baxış: 1 334

Rusiya Prezidenti Vladimir Putinlə Almaniya kansleri Angela Merkel arasında keçiriləcək görüş zamanı müzakirə olunacaq məsələlər məlum olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

Peskovun sözlərinə görə, Türkiyəyə maliyyə dəstəyinin göstərilməsi görüşün gündəminə daxil deyil.

"Düşünmürəm ki, hansısa formada bu məsələ rol oynasın. Bunu Türkiyə ilə müzakirə etmək lazımdır, Türkiyəsiz bu məsələni necə müzakirə edək?", - Peskov bildirib.

Putinlə Merkel görüş çərçivəsində ikitərəfli münasibətləri, nəhəng kommersiya layihələrinin icrası məsələlərini, həmçinin Ukrayna və Suriya problemlərini müzakirə edəcəklər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.