Siyasət

Rusiya və Tükiyə müdafiə nazirləri Suriyanı müzakirə etdilər

17 Avqust 2018 16:37
0 Şərh     Baxış: 992

Rusiyanın müdafiə naziri Sergey Şoyqu türkiyəli həmkarı Hulusi Akarla görüşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, Moskvada keçirilmiş görüş zamanı regional təhlükəsizlik, Suriyadakı vəziyyət və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.

Qeyd olunur ki, danışıqlar əsasən Suriyada humanitar vəziyyətin nizamlanması, o cümlədən qaçqınların qayıtması ilə bağlı məsələlərə həsr olunub.

Bundan başqa, Rusiya və Türkiyə müdafiə qurumlarının qarşılıqlı fəaliyyəti də müzakirə mövzusu olub.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.