Siyasət

Rusiya XİN Azərbaycanın Naxçıvan MR və Ermənistan arasındakı sərhəddə monitorinq barədə

17 Avqust 2018 14:06
Baxış: 3 760

Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə Ermənistan arasındakı sərhəddə monitorinqin keçirilməsi məsələsi ATƏT-də müzakirə olunmayıb.

Milli.Az bildirir ki, bu barədə Trend-ə münaqişə zonasına daxil olmayan ərazilərdə monitorinqin keçirilməsinin mümkünlüyü ilə bağlı ATƏT Minsk qrupunun həmsədri qismində rəsmi Moskvanın mövqeyi barədə suala cavab olaraq Rusiya Xarici İşlər Nazirliyindən bildiriblər.

Məlumatda qeyd olunub ki, bu anadək həmin məsələ ATƏT çərçivəsində müzakirə olunmayıb.

Xatırladaq ki, bir müddət əvvəl Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Tiqran Balayan bildirmişdi ki, rəsmi Yerevan Ermənistanın Naxçıvanla sərhəd bölgələrində monitorinqin keçirilməsi ilə dəfələrlə ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsi Ancey Kaspşikin ofisinə müraciət edib.

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.