Siyasət

Vaşinqtonun yeni sanksiyaları ilə bağlı Ankaranın CAVABI GECİKMƏDİ

17 Avqust 2018 14:44
0 Şərh     Baxış: 2 408

Türkiyə ticarət naziri Ruhsar Pekcan ABŞ prezidenti Donald Trampın yeni sanksiya təhdidlərinə cavab verib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, o, bütün sanksiyalara eyni şəkildə cavab veriləcəyini bildirib.

"ABŞ-ın siyasi mövzularla iqtisadi mövzuları bir-birinı qarşıdırdığının şahidi oluruq. Bu, sadəcə, ABŞ iqtisadiyyatını deyil, bütün dünyanı təsiri altına almaqdadır.

Türkiyə olaraq ABŞ-ın gördüyü tədbirlərə beynəlxalq ticarət hüququndan gələn haqlarımız və Dünya Ticarət Təşkilatının qaydaları ilə cavab verdik və verməyə davam edəcəyik.

İstehsalçı və idxalatçılarımızın haqlı mübarizələrində yanında olacağıq. Ümid edirik ki, ABŞ-lı dostlarımız da bu həqiqəti qısa zamanda görəcək, beynəlxalq iqtisadiyyatı və yatırım mühiti baxımından uyğun addımlar atacaqlar. Həmişə olduğu kimi, dialoq və əməkdaşlığa hazırıq", - nazir vurğulayıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.