Siyasət

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İtaliya Prezidentinə başsağlığı veriblər

14 Avqust 2018 18:49
Baxış: 2 090

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva İtaliya Prezidenti Sercio Mattarellaya başsağlığı veriblər.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident, Genuya şəhəri yaxınlığında avtomobil körpüsünün uçması nəticəsində insanların həlak olması və itkin düşməsi xəbəri bizi olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımızdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı veririk".

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.