Siyasət

XİN Xəzər məsələləri üzrə işçi qrupun iclasının payızda Bakıda keçiriləcəyini təsdiqlədi - YENİLƏNİB

14 Avqust 2018 12:29
0 Şərh     Baxış: 528

12:29

Azərbaycan Xarici İşlər Nazirliyi(XİN) Xəzəryanı ölkələrin xarici işlər nazirləri müavinlərinin bu ilin payızında Bakıda görüşəcəyini təsdiqləyib. 

XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Milli.Az-a açıqlamasında bildirib ki, Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli işçi qrupunun iclası bu ilin payızında Azərbaycanda keçiriləcək.

----------

14:43

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri bu ilin payızında Azərbaycanda Xəzər dənizinin hüquqi statusu barədə Konvensiya üzrə məsləhətləşmələr keçirməyi planlaşdırır.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Qazaxıstanın xarici işlər naziri Kayrat Abdrahmanov deyib.

Nazir bildirib ki, qəbul olunmuş razılaşmalara əsasən bu görüş altı aydan gec olmayaraq keçirilməlidir.

Onun sözlərinə görə, bu məsləhətləşmələr Konvensiyada göstərilən razılaşmaların reallaşdırılmasına həsr olunacaq.

Qeyd edək ki, avqustun 12-də Qazaxıstanın Aktau şəhərində Xəzəryanı dövlətlərin dövlət başçılarının V Zirvə toplantısı keçirilib

Toplantıda Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya imzalanıb.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.