Siyasət

Azərbaycan Prezidenti İlham Əliyev Aktauda İran Prezidenti Həsən Ruhani ilə görüşüb

12 Avqust 2018 17:03
Baxış: 1 402

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 12-də Aktauda İran İslam Respublikasının Prezidenti Həsən Ruhani ilə görüşüb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, görüşdə Azərbaycan ilə İran arasında əlaqələrin siyasi, iqtisadi və digər sahələrdə uğurla inkişaf etdiyi bildirildi. Ölkələrimizin həyata keçirdiyi birgə iqtisadi layihələrin yaxşı nəticələr verdiyi vurğulandı. Enerji, nəqliyyat və infrastruktur sahələrində, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizi üzrə əməkdaşlığın uğurla həyata keçirildiyi qeyd olundu.

Prezidentlər Xəzəryanı dövlətlərin dövlət başçılarının Qazaxıstanda keçirilən V Zirvə toplantısının və Xəzərin hüquqi statusu haqqında imzalanan Konvensiyanın əhəmiyyətini vurğulayaraq onun gələcəkdə Xəzəryanı ölkələr arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə əminliklərini ifadə etdilər.

Görüşdə ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran məsələlər barədə fikir mübadiləsi aparıldı.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.