Siyasət

Emoməli Rahmon: "Azərbaycanla Tacikistan arasında münasibətlər bütün istiqamətlər üzrə inkişaf edir"

11 Avqust 2018 12:07
Baxış: 907

"Azərbaycanla Tacikistan arasında münasibətləri bütün istiqamətlər üzrə inkişaf edir".

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Tacikistan Prezidenti Emoməli Rahmon ADA Universitetində keçirilən "Global Perspective Lecture Series" adlı mühazirələr çərçivəsində çıxışı zamanı deyib.

Prezident ümidvar olduğunu bildirib ki, ötən gün əldə olunan razılaşmalar iki ölkə arasındakı münasibətlərə yeni məzmun verəcək.

E.Rəhmon ADA Universitetinə bu tədris müəssisəsində formalaşmış xoş ənənələrin artmasında, burada təhsil alan tələbələrə isə təhsildə və qardaş Azərbaycanın maraqlarının müdafiəsində uğurlar arzuladı.

ADA Universitetinin rektoru Hafiz Paşayev isə qeyd edib ki, Tacikistan tələbələri təkcə diplomatik fakültəyə yox, həm də digər fənlər üzrə universitetə yollaya bilər.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.