Siyasət

Tacikistan Prezidenti: "Bakı mirvaridir, dünya səviyyəli şəhərdir"

10 Avqust 2018 23:36
Baxış: 975

Bakı mirvaridir, dünya səviyyəli şəhərdir. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bunu Tacikistan Prezidenti Emoməli Rəhmon Azərbaycan Prezidenti İlham Əliyevin adından şərəfinə verilən rəsmi ziyafət mərasimində çıxışı zamanı deyib.

Tacikistan Prezidenti bildirib: "Azərbaycanın incəsənət xadimləri çıxış edəndə, televiziyada, yaxud radioda veriliş gedəndə və Azərbaycan musiqisi, mahnısı eşidiləndə dərhal bizdə - Tacikistanda bunu öz sənəti kimi qəbul edirlər. Onlar buna çox diqqətlə yanaşırlar. Çox diqqətlə. Biz uğurlarınıza sevinirik. Mən bu hissləri sözlərlə ifadə edə bilmirəm. Mən bunun canlı şahidiyəm. Münasibətlərimizin ilk günündən görürəm ki, təkcə paytaxt Bakının deyil, bütün Azərbaycanın siması dəyişir. Mən Qəbələdə, digər sənaye regionlarında olmuşam. İnkişaf göz qabağındadır. Bilirsiniz, Bakı mirvaridir, dünya səviyyəli şəhərdir".

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.