Siyasət

Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair işçi qrupun yekun kommünikesi qəbul edilib

10 Avqust 2018 21:08
Baxış: 1 017

Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin müavinləri səviyyəsində Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair İşçi Qrupunun 52-ci yekun iclasının kommünikesi qəbul edilib.

Milli.Az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

İşçi qrupun yekun 52-ci iclası Aktauda keçirilib.

Danışıqlarda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndə heyətləri iştirak ediblər. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Xələf Xələfov rəhbərlik edib.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.