Siyasət

Oqtay Əsədov və Tacikistan Prezidenti birgə işçi nahar ediblər - FOTO

10 Avqust 2018 15:21
Baxış: 708

Milli Məclisin sədri Oqtay Əsədov və ölkəmizdə rəsmi səfərdə olan Tacikistan Prezidenti Emoməli Rəhmon birgə işçi nahar ediblər.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, söhbət zamanı Azərbaycan ilə Tacikistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyədə olduğu bildirildi, əlaqələrimizin, o cümlədən parlamentlərarası əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

Tacikistan Prezidentinin Azərbaycana bu səfərinin münasibətlərimizin daha da möhkəmlənməsinə öz töhfəsini verəcəyi vurğulanıb. Səfər çərçivəsində keçirilən səmərəli görüşlərin, imzalanan sənədlərin əhəmiyyəti qeyd edilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.